Tanrılar və nazirlər

Tanrılar və nazirlər

18-07-2021 11:15 / Bu xəbər 4738 dəfə oxundu

Elçin Aslangil

(Təhsil Naziri Emin Əmrullayevə açıq məktub)

Tanrılarla müxtəlif xalqların müxtəlif cür əlaqə vasitələri var - müəyyən ayinləri yerinə yetirməklə. Fəqət Tanrı ilə bu cür əlaqəyə girdikdə obyektiv və subyektiv səbəblərə görə istənilən müraciət qarşılıqsız qalır. 

Azərbaycandakı nazirlər də, tanrı kimidir. Onlarla əlaqə saxlmaq üçün müxtəlif ayinlər yerinə yetirilir - ya əlaqə saxlamaq istədiyin nazirliyin qarşısında üstünə benzin töküb, əlində çaxmaq durub gözləyirsən, ya da jurnalistsənsə istənilən nazirin telefon nömrəsini tapmaq üçün, 50 bismillah, 120 rəhman Allah, 928 dəfə də sübhanAllah zikrini edib, düşürsən telefonun canına. Fəqət bu ayin də eyni tanrılarla əlaqə qurmaq üçün yerinə yetirilən ayinlər kimi faydasız olur.
 
Azərbaycandakı nazirliklər orta əsr qalaları kimi möhkəmdir, hələ bu qalaları xalqdan, qara camaatdan qoruyan şovalyeləri demirəm. Sözün əsl mənasında Azərbaycandakı nazirliklər qaladır. Hansısa nazir bu qala divarları arxasında oturaraq həm öz var-dövlətini çoxaldır, həm də qoruyur.

Bu qalaların qapıları daim bağlı olduğu kimi, içərisi də buz kimi olur. Eyni ilə qalabaşı nazirlərin ürəyi kimi. Bəli, bizim nazirlərin ürəyi buz kimidir, nə vicdan əzabının nə demək olduğunu bilirlər, nə də xalqa xidmət barədə düşünürlər. 

Bir sözlə, sırf bu Tanrı nazirlərə görə xalqla vətəndaş arasında dərin uçurum var. Sırf bu nazirlərə görə dövlətin qapıları vətəndaşların üzünə bağlıdır. 

Sual:

- Həzrəti nazirlər, siz kimin qapısını kimə bağlayərsınız?

Sözüm ona ki, sabah açılandan bu saata qədər Təhsil Naziri Emin Əmrullayev həzrətlərinin nömrəsini tapmaq üçün elə ayinlər yerinə yetirdim ki, (Təhsil Nazirliyinə 5 dəfə zəng etmişəm - 6 manatlıq kontur uçdu göyə, çifayda.) axırda Allah-təala qeyibdən səslənib dedi:

- Can a bala, bu nə zülmdür çəkirsən?

Nəysə...

Mənim Təhsil Naziri Emin Əmrullayevə bir sualım var:

- Cənab nazir, Budapeştdə oxuduğunuz vaxtda olubmu ki, kafedə qəhvə içdiyiniz zaman, yan masada Macarıstanın Təhsil Nazirini görəsiniz? Yaxut da hansısa avropalı naziri xalq arasında azmı görür o  mən deyən ayinlərdən bixəbər, bəxtəvər avropalılar?

Cənab nazir lütfən sualımı cavablayın - siz də Tanrısınız?

Fəqət necə Tanrısınız ki, bəndəniz ADMİU - nun əməkdaşı Sevinc xanım sizə və sizin quruma "vec" qoymur? Necə Tanrısınız ki, Təhsil nazirliyinə zəng edirəm, sizinlə əlaqə saxlamaq istədiyimi bildirirəm məni gedər gəlməzə yönləndirirlər və bu sizə ayan olmur?

Yenə nəysə...