Taparsanmı itirsəm? - Xəyalə Sevil

Taparsanmı itirsəm? - Xəyalə Sevil

06-01-2024 01:51 / Bu xəbər 1412 dəfə oxundu

 
"Arqument.az" şairə Xəyalə Sevilin yeni şeirlərini təqdim edir:
 

Kimsən, kiminləsən,
Kimə aidsən?
Səni sevmək istəyirəm,
Müsaitsən?
Sevgi nədir ki, guya?
Bir şeyin ki axırı
Əvvəlindən bəllidi.
Amma, yenə
Bu darısqal dünyamızın içində
Bir qırıq təsəllidi.
Ömür bölüşməli yaşımız deyil,
Gəl ürək bölüşək,
Gəl söz bölüşək.
-Bir hüzün var ürəyimdə,
Bilmirsən,
Azalmaz, yüz bölüşək.
Hə, nə deyirsən?
Bir sən, bir də mən varam
Bu tapmaca oyunumda,
Əllərimi gizlətmişəm qoynumda,
Taparsanmı itirsəm?

***

Bir az yaxına gəl, Tanrı,
İşim yoxdu bəndə ilə.
Dünyaya sığmayan ruhum
Qalıb bir bədəndə elə.

Görmədi... Heç kim görmədi.
Mən gördüm, bütün görmədim.
Nə qürbətdə gün görmədim,
Nə də ki, vətəndə elə.

Hansından danışım indi,
Görünür yanlışım indi.
Dərindən yaşadım, indi
Hamı necə, mən də elə.