TƏBİB: "Aynur Elgünəşlə kobud davranan həkimlər cəzalandırıldı"

TƏBİB:

08-06-2021 19:10 / Bu xəbər 1048 dəfə oxundu

"Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir. Jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxnasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb”.

Bu məlumatı TƏBİB yayıb.

Bildirilib ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib: "Ümid edirik ki, bir daha tibb işçiləri  tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”.

Dünən jurnalist Elgünəş arayış almağa çalışarkən qarşılaşdığı xoşagəlməz münasibəti qələmə almışdı