TƏBİB-də struktur dəyişikliyi

TƏBİB-də struktur dəyişikliyi

25-09-2020 13:55 / Bu xəbər 1097 dəfə oxundu

Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur dəyişikliyi aparılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-də yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə Aygün Əliyeva təyinat alıb.

TƏBİB-in departamentin daxilində yeni yaradılan Vətəndaşların Müraciəti ilə İş şöbəsinin müdiri vəzifəsinə isə mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva təyin edilib.

R.Əliyevanın Moden.az-a faktı təsdiqləyib. 

O bildirib ki, stuktur dəyişikliyi ilə qurumdakı mətbuat katibliyi ləğv olunub. 

Bundan sonra mətbuatdan daxil olan sorğular İctimaiyyətlə Əlaqələr şöbəsi daxilində cavablandırılacaq.