TƏBİB-dən əhaliyə müraciət: "Yoluxma artır, diqqətli olun, kütləvi yerlərdən yayının!"

TƏBİB-dən əhaliyə müraciət:

11-07-2022 13:17 / Bu xəbər 913 dəfə oxundu

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) COVİD-19-la pandemiyası ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilir ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. 

Azərbaycanda isə bu rəqəm 9 719-dur: "Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq – Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun; Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın; Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın; Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin; Qapalı məkanları tez-tez havalandırın; Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin; İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici ("buster”) doza ilə peyvəndlənin”.

İyulun 11-i Ümumdünya Əhali Günüdür. 

Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10173178 nəfər olub.

Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.

Rəsmi məlumata görə, indiyə qədər Azərbaycanda  9 719 nəfər koronavirusdan vəfat edib.