TƏBİB-in yeni rəhbəri müvəqqətidir

TƏBİB-in yeni rəhbəri müvəqqətidir

13-09-2021 13:22 / Bu xəbər 1587 dəfə oxundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Bu barədə sentyabrın 13-də Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.