"Təhsil haqqında” qanuna dəyişikliklər edilir

22-05-2018 17:24 / Bu xəbər 2012 dəfə oxundu

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub. 

APA-nın məlumatına görə, qanun layihəsinin əsas anlayışlar hissəsinə 1.0.55 (Təhsil xidmətləri) maddəsi əlavə edilir.

Layihədə bildirilir ki, təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi, təhsil müəssisəsində tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, ilk peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlxalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.