Tənqidçi AYB-dən istefa verdi

Tənqidçi AYB-dən istefa verdi

27-10-2022 14:46 / Bu xəbər 1273 dəfə oxundu

Şair, tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

O, bu barədə özünün feysbuk hesabında yazıb: "Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi".

"Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir... Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - deyə Qaraxanoğlu bildirib. 

Bu, gün ərizndə AYB-dən ikinci istefadır. Şair Elçin Aslangil də AYB üzvlüyündən imtina etməsini açıqlayıb. 

Oktyabrın 26-da Akademik Millit Dram Teatrında AYB-nin XIII Qurultayı keçirilib. 

Qurultay qalmaqallarla yadda qalıb. Namizədlərdən Fuad Cəfərli və Emil Rasimoğluna söz verilməyib.

Jurnalistlərdən birinin AYB-nin qurultayına ayrılan 203 min manat vəsaitin xərclənməsi ilə bağlı sualına yazıçı, AYB sədrinin müavini Çingiz Abdullayev təhqirlə cavab verib.