Təqvim dəyişdi: Ramazanda 7 gün iş olmayacaq

Təqvim dəyişdi: Ramazanda 7 gün iş olmayacaq

19-04-2021 18:12 / Bu xəbər 2584 dəfə oxundu

11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Nazirlər Kabinetinin 19 aprel qərarında deyilir.

Bildirilib ki, Ramazan bayramı günləri də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.