Terminologiya Komissiya: "Valideynlər övladlarına mənası anlaşılmayan adlar qoymamalıdır"

Terminologiya Komissiya:

08-07-2019 18:17 / Bu xəbər 665 dəfə oxundu

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adlar qoymamağa çağırıb.

Bu barədə "Report.az" açıqlama verib.

Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova deyib ki, yeni doğulan körpələrə ad seçən valideynlər daha çox mənşəyi bilinməyən adlara meyil edirlər:

"Məsələn, elə valideynlər var ki, övladlarına Alita, Adel, Amelya, Alfina, Efran, Madelin kimi mənşəyi bilinməyən adlar qoymağa çalışırlar. Təbii ki, bu adların heç birisinin mənası yoxdur. Biz valideynləri övladlarına mənası anlaşılmayan və mənşəyi bilinməyən adlar qoymamağa çağırırıq”.

İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.