Terrorçular 70 sərnişini girov götürüb - Türkiyədə

Terrorçular 70 sərnişini girov götürüb - Türkiyədə

01-08-2015 02:04 / Bu xəbər 1397 dəfə oxundu

Bir qrup terorist gecə saatlarında Qars-Ərzurum-İğdır magistral yolunu bir tərəfində xəndək qazıb, digər tərəfində isə bomba partladaraq ikitərəfli nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. 

Arqument.Az türk mediasına istinadən xəbər verir ki, terroristlər ortada qalan Kağızman Bələdiyəsinə məxsus sərnişin avtobusu və digər nəqliyyat vasitələrində təxminən 70 nəfəri girov götürüblər.

Təhlükəsizlik orqanları bağlı yola tərəf gedən avtomobilləri saxlayaraq, Karakurt mövqeyindəki girov olduqları bildirilən sərnişinlərin xilas olunması üçün əməliyyata başlayıblar.

Terroristlər təxminən yetmiş nəfəri iki saat sonra buraxıblar, amma Kağızman Bələdiyyəsinə məxsus olan sərnişin avtobusunu və üç TIR-ı alova yandırıblar. Buraxılan sərnişinlər Karakurtun girişində olan təhlükəsizlik orqanlarına sığınıblar. Bölgədə əməliyyat həyata keçirən polis yolun təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirib.

Mərdan Orucoğlu
Arqument.Az