“Tərtər işi”ndə içgəncələrə görə daha bir qrup şəxs məhkum edilib
31-10-2024 18:25 / Bu xəbər 417 dəfə oxundu
Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmədə hökm oxunub.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qurban Çümşüdov və Cavid Ağadadaşov cəzaları 2019-cu ildən, Fuad Ağayevin cəzasıisə 2017-ci ildən hesablanıb.
2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.