Tərtərin yeni "İlham-Fərizə dastanı"

Tərtərin yeni

14-10-2020 11:47 / Bu xəbər 895 dəfə oxundu

Oktyabrın 13-də Qarabağdakı döyüşlərdə həlak olmuş 25 yaşlı əsgər Məmmədov Mehdi Elçin oglu Tərtərin Sarıcalı kəndində torpağa basdırılıb. 

Bu hadisədən sonra sevgilisi 17 yaşlı Səfərova Mələk Valeh qızı da özünü asaraq intihar edib.

Məlumatı "Toplum TV"yə Tərtər rayon sakini Kərim Hüseynov verib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.