Teymur Rəcəbov Aronyanı məğlub etdi, qalib oldu

Teymur Rəcəbov  Aronyanı məğlub etdi, qalib oldu

03-01-2021 22:47 / Bu xəbər 898 dəfə oxundu

"Champions Chess Tour” çərçivəsində keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin qalibi bəlli olub. 

Yanvarın 3-də onlayn blits şahmat üzrə turnirin final mərhələsinin ikinci matçında azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlib.

Teymur Rəcəbov rəqibini birinci matçda 2,5:1,5 hesabla məğlub etmiş, ikinci matçda isə oyun heç-heçə bitmişdi. 

33 yaşlı şahmatçı 3-cü dueldə Levon Aronyan üzərində qələbə qazanaraq turnirin qalibi olub. Onun 60 000 ABŞ dolları məbləğində mükafat qazanıdığı bildirilir. 

Azərbaycanlı şahmatçı Airthings Masters" turnirinin dörddə bir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Bildirilir ki, yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. 

12 şahmatçının mübarizə apardığı oyunda dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı yarışı nokaut sistemi ilə davam etdirib.