Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır

Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır

11-02-2021 11:03 / Bu xəbər 703 dəfə oxundu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirəcək.

Fanat.Az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

Yarımfinal görüşləri əvvəlki raund kimi iki gün davam edəcək. Onlar hər gün 4 oyun keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı sınağa çəkəcək.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.