Tibb bacısı sevmədiyi xəstələri öldürürmüş - DƏHŞƏT

Tibb bacısı sevmədiyi xəstələri öldürürmüş    - DƏHŞƏT

15-01-2014 12:20 / Bu xəbər 716 dəfə oxundu

Sevmədiyi xəstələri öldürən tibb bacısı

 İtaliyanın Lugo qəsəbəsində həbs olunan Daniela Poqqiali adlı tibb bacısı 38 nəfəri öldürməkdə günahkar bilinir.

 Xəstəxanaya gələn yaşlı bir xəstənin gözlənilməz ölümündən sonra başladılan araşdırma nəticəsində 42 yaşlı tibb bacısı Danielanın həmin xəstəyə iynəylə potasium verdiyi ortaya çıxıb.

 Araşdırma nəticəsində Danielanın xəstəxanada baş verən daha 38 gizli ölümdə də təqsirkar olduğu təsdiqlənib.

 Ailəsindən və ya özündən xoşlanmadığı xəstələri öldürən tibb bacısının telefonunda öldürdüyü şəxslərlə “selfie” fotoları varmış.

 Poqqialinin iş yoldaşları onun çox soyuqqanlı biri olduğunu və bəzən xəstələrə əziyyət vermək üçün onlara yüksək dozada taksativ verdiyini də deyiblər. (Ailəm.az)

Arqument.az


www.ann.az