Tibbi işçilərinin koronavirusa yoluxduğu açıqlandı

Tibbi işçilərinin koronavirusa yoluxduğu açıqlandı

08-04-2020 18:26 / Bu xəbər 1047 dəfə oxundu

"Tibb işçiləri arasında da koronavirusa yoluxma faktı olub".

"Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günədək pandemiya xəstəxanasının bir tibb işçisi koronavirusa yoluxub: "Bu sahə ilə məşğul olmayan tibb müəssisəsində də yoluxma faktları qeydə alınıb".