Tiflisdə ölənlərin sayı 15-ə çatdı

Tiflisdə ölənlərin sayı 15-ə çatdı

16-06-2015 12:55 / Bu xəbər 1148 dəfə oxundu

Qonşu Gürcüstandakı təbii fəlakət nəticəsində ölənlərin sayı artıb. "Qafqazinfo”nun məlumatına görə, növbəti daşqın qurbanı xilasedicidir. 

Onun cəsədi parkda aşkarlanıb. Həmin şəxsin məhz xilasetmə işlərində iştirak edərkən boğularaq öldüyü bildirilir. Bununla vəfat edənlərin ümumi sayı 15-ə çatıb.

Qeyd edək ki, Tiflisdə iyunun 14-də keçən gecə baş vermiş güclü daşqın nəticəsində yaşayış binalarına və yollara ciddi ziyan dəyib. Tiflis zooparkı tamamilə dağılıb və heyvanlar küçələrə çıxıblar.