Tikanlıq içində azadlığ qoxusu gələn “güllər”

Tikanlıq içində azadlığ qoxusu gələn “güllər”

30-01-2022 15:39 / Bu xəbər 922 dəfə oxundu

Rəşad Ramazanov

Maddənin hər bir halına uyğun mühit olduğundan, onun digər parametirləri (məkan, zaman, sürət, tempratur və s.) də dəyişkəndir. Məsələn, bərk maddənin maye mühitindəki hərəkətindən doğan məkan-zaman kordinatları ilə həmin maddənin qaz mühitində hərəkət etməsindən doğan koordinatlar arasında təbii fərq var. 

Bu prosesdə bərk maddənin hərəkət sürəti və kütləsinin sabit qalması fərz edilsə belə, yenə də maddənin digər parametrləri dəyişir. Digər tərəfdən maddənin hər hansı bir parametrinin (məsələn, tempraturun) dəyişməsi kifayət edir ki, onu bir haldan digər hala da keçirsin. Çünki maddənin bir parametrinin dəyişməsi kifayətdir ki, onun digər parametrləri də dəyişsin. 

Məsələn, maddənin tempraturunun dəyişməsi onu bir haldan digər hala keçirə bildiyi kimi, onun enerjisini də dəyişir. Bu isə ardıcıl olaraq sürətin və kütlənin də dəyişməsinə səbəb olur. Yalnız xüsusi və düşünülmüş xarici təsirlə materiyanın bir parametrini dəyişib o birini sabit saxlamaq olar. Təbii halda belə bir hadisənin baş vermə ehtimalı çox azdır. Hər bir maddi hal spesifik tempratur, enerji, sürət və digər maddi parametr intervalına malikdir. 

Maddə özünün bərk halında maksimal kütləyə, minimal sürətə malik olur. Vakumda isə Albert bəyin dediyi kimi yalnız işıq kvantları deyil, bütün elementlər ala biləcəkləri mümkün sürətlərin ən böyüyünü almaq imkanına sahibdir. Əgər hər hansı bir cismin ətraf mühiti təbii vakuum olarsa və ona (vakuumun təbiiliyinə və spesifikasına xələl gətirməmək şərtilə) xarici təsir nəticəsində müəyyən V sürəti verilərsə, həmin cismin sürəti sabit olmaqla bərabər hər cür effektlər nəticəsində ala biləcəyi sürətlərin ən böyüyünü alacaq. 

Həmin cism malik ola biləcəyi kütlələrin də ən kiçiyinə malik olacaq. Elə buna görə də ətraf mühiti kamil vakumdan ibarət olan yeganə varlıq və ya varlıqlar sistemi kainat ən böyük sürətə malikdir. Həm də kainat yeganə varlıqdır ki, ən böyük sürətə malik olduğu halda ən böyük kütləyə də malikdir. İstər kainatın, istərsə də yer mühitinin hər hansı yerində maddi hallardan doğan effektlərin varlıq dərəcəsi çox, başqa bir yerində az ola bilər, lakin heç vaxt nə sıfır, nə də son ola bilər. 

Elə buna görə hər zaman və hər yerdə spesifik koordinatları olan mühit var. Materiya və mühit arasındakı əlaqəni belə quruplaşdırmaq olar: 

 1) Materiya və mühit daim fəaliyyətdədir. Lakin material hissəciklər mühitin hissəciklərindən daha aktiv nəzərə çarpır. Mühit materiyadan sürətlidir. Mühit sürəkli və materiyaya nisbətən çox sürətlə hərəkət edən zərrə və hissəciklərə malikdir. Mühit zərrəciklərinin minimal sürəti ışıq sürətidir. Amma diskret maddi hissəciklərin ala biləcəyi ən yüksək sürət ışıq sürətidir. Bizim sükunət kimi qəbul etdiklərimiz də minimal hərəkətdən başqa bir şey deyil. Fərabinin də dediyi kimi kosmosun heç bir yerində mütləq sükunət yoxdur. 

2) Mühitin sürət və enerjisi materiyadan çox olsa da, kütləsi ondan azdır.(Mmü≤Mma) Kvant prinsiplərinə görə daha sürətli və enerjili olduğuna görə mühit materiyadan ağır olmalı idi, amma mühit-materiya əlaqəsində ümumkainat miqyasında bu prinsiplər pozulur. 

3)Müasir fizikanın "sahə” anlayışı mühitin substansional parçasıdır. Bu baxımdan mühitin nüfuz etmə intensivliyi maksiumum, materiyanınkı isə minimumdur. 

4)Materiya əsas etibarilə diskiret xarakterdə, mühit isə arasıkəsilməz spesifikaya malikdir. Bu səbəbdən mühitin varlıq dərəcəsi materiyanın mövcudluq dərəcəsindən çoxdur.

5)Eynişteynin məşhur düsturu olan E=mc2 əslində bu şəkildədir: E=mcn. Enerjinin iki halı var ki, bunlar n→∞ və n→0 halında gerçəkləşir. Eynişteynin düsturu əslində 4 ölçülü məkan-zaman kontiniumu üçün sabit olub n≤2 halı üçün doğrudur. 

6)Kainatın periferiyalarındakı mütləq boşluqda mühit və materiya büsbütün eyniləşirlər. Metakainatda mühit və materiya büsbütün eyni prosesə çevrilir. Vakuum materiya və mühit arasındakı duyulmaz transontoloji halı da vakuuma çevirir.

7)Teoekosistemdə Mühit və Materiya substansional modifikasiya və inversiya olub absolyut xarakter alırlar. Allah və onun spesifik ətraf mühitində hər şey mütləq xarakter alır.
(Rəşad Ramazanlı, Empriomaterializm, Bakı, 2000.)

Hər bir etnosun içində yaxşı nüsxələr var, lakin elə etnoslar var ki, yaxşı və ya pis nüsxələrinin sayı nisbətən çox olur. Qərb etnoslarının yaxşı nüsxələri hazırda şərq etnoslarına nisbətən üstünlük təşkil edir ki, bunu etiraf etməmək ədalətsizlik olardı. 

Əgər skandinavların, almanların, fransızların çox hissəsi psixoekoloji baxımdan normaldırsa da, bizim kimi neçə-neçə başıbəlalı xalqlar var ki, az bir hissəsi (çox zaman bu göstərici də yoxa çıxır!) normal canlı nüsxələrdən ibarətdir. 

Şübhəsiz ki, bu anormallığın mövcud olmasında diktatura və avtoritarizm ən böyük rol oynayır! 

Şərqdə (həmçinin Azərbaycanda) tikanlıq və kolluqlar içində azadlıq qoxusu gələn "güllərə” rast gəlmək olur. Lakin bir-neçə güllə yaz olmur! 

Şərqdə azadfikirli və ləyaqətli nüsxələri seçib-ayıra biləcək və qoruyacaq beynəlxalq təşkilat və ya qurumların yaradılmasına çox böyük ehtiyac var. 

Bu təşkilatın aşağıda göstərəcəyimiz prinsipləri olarsa, tezliklə fövqəlbəşəriyyət və ya superetnos yaranar: 

1) Təşkilatın hər üzvü ləyaqət və vicdan sahibi olmalıdır və heç bir müstəbid qanun-qaydalara tabe olmamalıdır! Bütü olan insanlara bu təşkilatda yer yoxdur! 

2) Təşkilatın hər bir üzvü ən azı bir elmi sahəni mükəmməl bilməlidir, başqa bir-neçə elmi sahəni də orta səviyyədə! 

3) Təşkilatın sədri məşvərət metodu ilə seçilməli, lakin bu şəxs ən azı 3 elmi sahəni mükəmməl bilməlidir. 

4) Hər il sədr vəzifəsinə seçkilər keçirilməli və təşkilatın hər bir üzvü tərəfindən sədrin qarşısında müvafiq təkliflər qoyulmalıdır. 

5) Hər bir xalqın nümayəndələri öz milli davranış qaydalarından imtina etməyə məcbur edilməməlidir. Onların hər biri öz dilində danışa, yazıb-yarada bilər. 

6) Müxtəlif xalqların istedadlı nümayəndələri arasında anlaşılmazlıq yaranmasın deyə, yüksək səviyyəli poliqlotlar vasitəsilə danışıqlar aparılmalı və adekvat fikirlər və əsərlər tərcümə edilməli və hər ay qlobal və regional diskusiyalar aparılmalıdır. 

7) Ümumi bir dil qəbul edilməli, bu dil ən sadə, hamı tərəfindən tez başa düşülən dil olmalıdır. Belə prinsiplər üzərində qurulmuş beynalxalq təşkilat (təbii ki, qeyri-hökümət xarakterli) yəqin qiyamət gününə qədər yaşayar və yer üzündə heç bir xalqın, heç bir dövlətin və heç bir digər təşkilatın görə bilməyəcəyi işi görər! Beləliklə, sırf müsbət passionarlardan ibarət etnos, daha dəqiq desək, superetnos gec-tez yaranmalıdır! (Mühitşünaslıq, 3-cü fəsildən fraqment, 2003-cü il)

P.S. Hörmətli oxucular və izləyicilər, yuxarıda Enişteyn düsturu texniki  problem ucbatından sanki E=mc2 yazilmış, əsl ümumiləşdirici düstur da E= mcn şəklində düşüb. Əslində 2 və nc işıq sürətinin üzərində olmalıdır, lakin statusda nə qədər etdimsə, düzəldə bilmədim!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizləridir.