"TikTok"un fəaliyyəti dayandırıldı

19-09-2023 18:42 / Bu xəbər 1117 dəfə oxundu

Bu gün, sentyabrın 19-dan Azərbaycan ərazisində "TikTok" sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edildiyi bildirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verib.

Xidmət vətəndaşlara da müraciət edib. 

Müraciətdə bildirilir ki, sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etmək lazımdır.

Amma qərarın səbəbi izah edilməyib.
 
Sosial mediada isə yazılanlara görə, qərar Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı hərbi əməliyyatlarla bağlıdır.