“Time” Zelenskini ilin ən nüfuzlu adamı seçdi
20-05-2022 19:52 / Bu xəbər 3669 dəfə oxundu
Ukrayna prezidenti oxuculardan 3,3 milyon səs toplayıb
Amerikanın "Time” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskini ilin ən nüfuzlu adamı elan edib.
"Ukrayna Prezidenti Volodimir Zelenski "Time” oxucularının reytinqində birinci yerdə qərarlaşıb. V.Zelenski 3,3 milyon səs toplayaraq birinci yeri tutub ki, bu da ümumi səsin 5 faizi təşkil edir”, – deyə nəşr yazıb.
Jurnalın oxucularının reytinqində ikinci yeri 3,5 faiz səs toplayan "SpaceX” və "Tesla” şirkətlərinin rəhbəri İlon Mask qərarlaşıb.
"Time” xatırladır ki, İ.Mask 2021-ci ilin adamı seçilmişdi.
Reytinqdə üçüncü yerdə Böyük Britaniyanın Baş naziri Boris Conson, dördüncü yerdə isə tibb işçiləri qərarlaşıb. İlk beşliyi ABŞ Prezidenti Co Bayden qapayır.