Tixanovskaya keçid dövründə Belorusa rəhbərlik etməyə hazır olduğunu açıqladı

Tixanovskaya keçid dövründə Belorusa rəhbərlik etməyə hazır olduğunu açıqladı

03-12-2020 18:14 / Bu xəbər 360 dəfə oxundu

Belorus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya keçid dövründə respublikaya rəhbərlik etməyə hazır olduğunu bildirib. 

Bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat verib.

Özünün teleqram-kanalında yerləşdirdiyi video-müraciətdə Tixanovskaya "Rəsmən bildirirəm ki, keçid dövründə ölkəyə rəhbərlik etməyə hazıram” söyləyib. Xanım siyasətçi bildirib ki, onun hədəfi "Belorusun növbəti seçkilərə daha az zərərlə girməsi üçün demokratik qüvvələri və ən yaxşı mütəxəssisləri bir araya gətirməkdir”.

Onun sözlərinə görə, bu məqsədlə Koordinasiya şurası və müxtəlif sahələr üzrə nümayəndələr kabineti yaradılıb. 

"Biz artıq yeni seçkilərin keçirilməsi konsepsiyasını, Lukaşenko gedəndən sonra həyata keçirəcəyimiz konstitusiya islahatı layihəsini, ehtiyacı olan qruplara yardım proqramını, orta və kiçik sahibkarlığa dəstək proqramını işləyib hazırlamışıq”, - deyə Tixanovskaya bəyan edib.