Tixanovskaya: ”kotlet bişirən” evdar qadın, yoxsa...

Tixanovskaya: ”kotlet bişirən” evdar qadın, yoxsa...

12-08-2020 10:44 / Bu xəbər 2031 dəfə oxundu

Nizami Bağırov
 
Belarusda etirazlar səngimir. Xaotik və dağınıq olsa da səngimir. Bü gün Litvanın xarici işlər naziri Linas Linkyaviçusun Twitter hesabından verdiyi məlumata görə Belarus müxalifətinin vahid namizədi Svetlana Tixanovskaya artıq Litvadadır və təhlükəsiz yerdədir. Bu xəbər mənim üçün gözlənilməz olmadı. Niyəsini deyim. 

Svetlana Tixanovskaya kimdir?

Öncə baxaq, Svetlana Tixanovsaya kimdir? Svetlana Tixanovskaya 1982-ci il təvəllüdlü, ixtisasca filoloq olan ömrü boyu "mən siyasətə qarışmıram” prinsipi ilə yaşayan sadə belarus qadını. Lukaşenkonun ifadəsi ilə desək ”kotlet bişirən” evdar qadın. Özünün də bildirdiyi kimi onu motivasiya edən ərinin həbs olunması olmuşdur. Məqsədi isə bütün siyasi və iqtisadi motivlərlə həbs olunmuş şəxslərin azad edilməsi və qısa müddətdə növbədənkənar prezident seçkilərin keçirilməsidir. Müxaliflər və ictimai fəallar da köməklərini əsirgəmədilər: onun seçki qərargahı ilə qeydiyyata alınmayan müxalifət liderləri Babariko və Tsepkalonun seçki qərargahları birləşdirildi, vahid qərargah tərəfindən bütün texniki məsələlər həll olundu, uşaqlarla bağlı təzyiqlərin qarşısını almaq üçün ictimai fəal – "Xartiya 97” nəşrinin baş redaktoru Natalya Radinanın köməkliyi ilə Svetlananın 4 və 10 yaşlı uşaqları nənələri ilə birlikdə Avropa Birliyi ölkələrinin birinə keçirdiblər (bugünkü xəbərlərdən aydın olur ki, uşaqlar da məhz Litvadadır). 

Texniki namizədin rolu

Bütün bunların qarşılığında texniki namizəd olan Tixanovskaya bir neçə funksiyanı yerinə yetriməli idi: seşki öncəsi mitinqlərdə iştirak etmək, seşkiyə qədər namizədliyini geri götülməməli, seçki sonrası öz qələbəsini elan etməli, saxtakarlıq olduğu halda seçkinin nəticələrini tanımamalı və bundan şikayət verməlidir. Bəlkə də, kənardan bu asan görünə bilər, amma Lukaşenkonun diktatorluğunu, ərinin həbsdə olmasını, uşaqların ondan uzaq olmasını nəzərə alsaq bu çətin missiyanın altına girdiyini göstərir. Hətta bir neçə dəfə geri çəkilməyi də düşünüb.  

Tixanovskaya bunu bacardı, o, artıq qəhrəmandır. Təzyiqlər, hədələr bu evdar xanımı yolundan döndərə bilmədi. Belarus xalqı bunu qiymətləndirir, onlar üçün Tixanovskayanın küçələrdə, meydanlarda olması artıq önəm kəsb etmir. Müxalifətin vahid namizədinin səlahiyyətli nümayəndəsi Olqa Kovalkovanın sözlərinə görə Svetlanaı Litvaya məcburən belarus hakimiyyəti göndərib və bunun nəticəsi olaraq seçkidən əvvəl həbs olunmuş seçki qərargahının rəhbəri Mariya Moroz azadlığa çıxıb və onunla birlikdə Litvadadır. Tixanovskaya xalqa videomüraciət hazırlayıb və təzyiqlər nəticəsində bu addımı addınığı söyləyib, insanlardan üzr istəyib. İstənilən halda onun Litvada olması heçnəyi dəyişməyəcək. Artıq xalq öz sözünü demək üçün küçələrə axışıb. Etirazın mahiyyətini isə bir gənc etirazçı xanımın sözləri ilə ifadə etmək olar: "mən Lukaşenko dövründə doğulsamda Lukaşenko dövründə ölmək istəmirəm”.

Etirazların anatomiyası 

Burada da bir neçə məqama diqqət yetrimək lazımdır. Belarus insanı öz-özlüyündə sülhsevərdir, aqressiyadan uzaqdır. Bu seçkiyə qədər isə istənilən siyasi hadisə sadə belaruslı üçün haradasa başqa ölkədə baş verirdi. Bu seçki isə fərqli oldu. Fərqliliyi bəlli: Lukaşenkonun prezidentliyi dövründə doğulanlar, prezident kimdir və nə iş görür sualını ilk dəfə verənlərin artıq 18-40 yaşları var, və küçələri məhz bu kəsim doldurub. Onlar Tixanovskayanı müdafiə etmir, onlar küçələrdə öz seçimlərinin müdafiə edirlər. Səslərinin hayasızcasına oğurlanmasına etiraz edirlər. 

Belarusda ilk etirazlar dinc xarakter alıb və insanlar bəlli olan bir əraziyə yığışmaq niyyətində olublar. İki gecə gedən etirazlar zamanı hər-hansı vitrinlərin dağıdılması, binaları soxulması halları olmayıb. OMON-nunda hərəkətləri maraqlı gəlid mənə. İlk gecədən fərqli olaraq ikinci gecə həbslərin azlığı, nisbətən "yumşaq” gücə üstünlük verilmsəi diqqət çəkir. Bunun bir neçə səbəbi olar bilər: polis məntəqələrində saxlanma yerlərində yerin olmaması, digər tərəfdən isə "aqressiya aqressiya gətirir” prinsipinin işə düşməməsinə çalışırlar. İnsan ölümü, xəsarət alanların çoxluğu və sosial şəbəkələrdə yayılması hökümət üçün pis nəticələrə gətirib çıxara bilər.

Sonra nə olacaq

Lukaşenko "stavkanı” Minskə edib və bölgələrdə olan qüvvələrini paytaxta daşıyıb, bölgələr boşalıb. Sosial şəbəkələrdə yayılan video və foto məlumatlardan görünür ki, bir neçə şəhərdə (Pinsk, Korbin) OMON silahlarını yerə qoyublar. Brest şəhərində insanlar hərbi kolonunun qabağını kəsib şəhərə girişinə imkan verməyiblər. Bəlli olan budur ki, Ordu Lukaşenkoya son anda dəstək verməyəcək. Ümid qalacaq OMON-a. Amma nə qədər? Etirazlar davam edəcək, uzun sürən mübarizəyə hazılıqlar gedir. OMON nə fiziki nə də ki, mənəvi cəhətdən bunun qarşısını almaq iqtidarında olmayacaq. İki günün etirazları onu göstərdi ki, insanlar üçün qarşısında OMON-u görmək, onların dəyənəkləri, rezin güllələri adiləşib. Bütün bunlar artıq insanları qorxutmur. OMON-şuların tək-tək etirazçılar tərəfinə keçid halları intensivləşir. 

Lukaşenko yaxın günlərdə postunu tərk etməsə insanlar ilk olaraq bölgələrdə toplum halında administrativ binaları zəbt edəcəklər – OMUN-un gücü olmayacaq, Ordu ən pis halda neytral qalacaq. Bundan sonra regionlarda olan kütlə Minskə axışacaq. Bu arada isə Minskdə yəqin ki, etirazçıların taktikası dəyişəcək. Bir sözlə, partizan mübarizəsinə keçərək balaca qrup halında az saylı OMON-şulara hücumlar təşkil olunacaq. Bölgələrdən insanlar Mİnskə çatdıqda OMON və onun ardınca Lukaşenko təslim olacaq.