Tixanovskaya xalqı tətilə çağırdı

Tixanovskaya xalqı tətilə çağırdı

13-10-2020 18:55 / Bu xəbər 1045 dəfə oxundu

"Oktyabrın 26-da bütün müəssisələr tətilə çıxacaq, yollar bağlanacaq, dövlət mağazalarında satışlar çökəcək”.

Bu sözlər Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya deyib. 

O, Aleksandr Lukaşenkoya "ultimatum" təqdim edib.

Tixanovskayanın sözlərinə görə, hakimiyyət müxalifətin tələblərini yerinə yetirməsə, 13 gün ərzində ölkədə bütün müəssisələr tətilə başlayacaq: "Tələbimiz bunlardı - Lukaşenko istefa etdiyini elan etməlidir, etirazçılara qarşı zorakılıq dayandırılmalıdır, bütün siyasi məhbuslar sərbəst buraxılmalıdır", - dedi.

Avqustun əvvəlində Belarusda Prezident seçkiləri keçirilib. 

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80,1% -ni toplayaraq altıncı dəfə prezident seçildi. 

Tixanovskaya isə ikinci yeri tutdu. Ertəsi gün ölkə üzrə kütləvi etirazlar başladı.

Belarusdakı aksiyalar hələ də davam edir.///Toplum.Tv