Tixanovskayaya Avropanın ali mükafatlarından biri verildi
17-12-2020 11:53 / Bu xəbər 680 dəfə oxundu
Başda Svetlana Tixanovskaya olmaqla, Belarus müxalifətinin nümayəndələrinə Saxarov adına "İfadə azadlığı" mükafatı verilib.
"Tut.by" portalının məlumatına görə, mükafatlandırma mərasimi dekabrın 16-da Brüsseldə keçirilib.
Saxarov mükafatına layiq görülənlər arasında Svetlana Tixanovskaya və yazıçı Svetlana Aleksiyeviçdən başqa, daha 8 nəfər var. Mərasimə hazırda həbsdə olanların yerinə yaxınları qatılıb.
Mərasimdə çıxış edən Avropa Parlamentinin sədri David Sassoli Belarusda avtoritarizmə etiraz edənlərin cəsarətini öyüb. "Sizin mübarizəniz həm də bizim mübarizəmizdir", - deyə o bildirib.
Svetlana Tixanovskaya isə öz nitqində: "Biz var gücümüzlə qalib gəlmək üçün çalışırıq - və biz qalib gələcəyik", - deyə bəyan edib.
O həmçinin çıxışında Avropaya çağırış edib, Avropanı belarusların mübarizəsinə sabah, hansısa qeyri-müəyyən gələcəkdə deyil, məhz bu gün, indi kömək etməyə çağırıb.(toplum.tv)












