Tofiq Yaqublu 7 gündür ki, ölüm aclığı keçirir

Tofiq Yaqublu 7 gündür ki, ölüm aclığı keçirir

08-09-2020 15:51 / Bu xəbər 1522 dəfə oxundu

Müxalif siyasətçi Tofiq Yaqublu aclıq aksiyasının yeddinci günündə hələ də istintaq təcridxanasında digər məhbuslarla birlikdə adi kamerada saxlanılır və tibbi hissəyə köçürülməyib. 

Bu barədə onun qızı Nigar Həzi bildirib.

"Biz bu gün də Tofiq Yaqublu ilə danışa bilnəmişik. Ona görə çox nigaranıq. Bu durumda gərək onun həm səhər, həm də axşam ailəsi ilə telefon danışığı təmin edilsin. Artıq zaman həyat itkisinə doğru gedir. Bir gün də belə davam etsə, artıq Tofiq Yaqublunun xəstəxanaya köçürülməsinə zərurət yaranacaq”, - deyə Həzi öz facebook səhifəsində yazıb.

Bu gün vəkil Nemət Kərimli Yaqubluya baş çəkib. 

O, "Turan"a bildirib ki, Yaqublu çox solğun və gücsüz görünürdü. Bununla belə, o, sonuna qədər - azad edilməsi tələbi yerinə yetirilənə qədər aclığı davam etdirmək qətiyyətindədir.