Tofiq Yaqublu doqquz gündür ölüm aclığı aksiyasını davam etdirir

Tofiq Yaqublu doqquz gündür ölüm aclığı aksiyasını davam etdirir

10-09-2020 18:31 / Bu xəbər 1459 dəfə oxundu

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu doqquzuncu gündür aclığı davam etdirir.

Bu gün, sentyabrın 10-da Yaqublunun ailə üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında onunla göürşə gəlib, lakin təcridxana rəhbərliyi ailəni Tofiq Yaqublu ilə görüşə buraxmır.

"Bizə deyirlər ki, Tofiq Yaqublu ilə yalnız tək-tək görüşə bilərsiniz. Səbəb kimi koronavirusa yoluxma riskinin olmasını göstərirlər. Amma, biz ata ilə şüşə arxasında görüşürük. Onunla canlı təmasda olmuruq. Ata 9 gündür aclıq edir, halısızdır, səhhəti ağırlaşıb. İndi o ailə üzvünün hər biri ilə ayrı-ayrılıqda görüşmək durumunda deyil. Təcridxananın rəhbəri ilə görüş istəmişik, onunla da görüş təşkil etmirlər ki, şikayətimizi edək,” Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Tofiq Yaqublunun aclıq askyasını dəstəkləmək məqsədi ilə Müsavat Partiyasının qərargahında 4 fəal aclığı davam etdirir. Onların qan təzyiqi aşağı düşüb, başgicələnmələri yaranıb.

"Dünən təcili tibbi yardım çağırdıq. Təzyiqlimizin aşağı olduğunu bildirdilər. AXCP fəalı Tofiq Məmmədovun səhhəri çox pisləşib. Tənəffüsündə problemər var, ağır nəfəs alır,” aclıq aksiyasının içtirakçısı Elman Quliyev Amerikanın Səsinə deyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, aclıq aksiyasına qoşulmaq üçün çoxsaylı fəallar müraciəıt etməkdədir.

"Lakin partiyanın qərargahında hələ yalnız 4 nəfər üçün aclığı davam etdirməyə imkan yaratmaq mümkündür,” o Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətdən Nigar Həzinin dedikləri, Yaqublunun səhhəti və saxlanma şəraiti ilə bağlı hələ münasibət almaq mümkün olmayıb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub.

Buna baxmayaraq Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq ölüm aclığına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

amerikaninsesi.org