Tofiq Yaqubluya ağır itki üz verib

Tofiq Yaqubluya ağır itki üz verib

30-10-2022 12:59 / Bu xəbər 942 dəfə oxundu

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya ağır itki üz verib.

Jurnalist Alya Yaqublunun yazdığına görə, Tofiq Yaqublunun atası Rəşid Yaqublu Bakıda vəfat edib.

Bildirilir ki, R.Yaqublu gecə saatlarında infarktdan dünyasını dəyişib.

Rəşid Yaqublu Gürcüstanda yaşayırdı. 

Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilmir. 

İctimaiyyət nümayəndələri Rəşid Yaqublunun cənazəsinin Gürcüstana aparılması üçün Tofiq Yaqubluya icazə verilməsini tələb edən kampaniyaya başlayıblar.