Toni Bleyer istefa verdi

Toni Bleyer istefa verdi

27-05-2015 22:25 / Bu xəbər 1187 dəfə oxundu

Böyük Britaniyanın eks-baş naziri Toni Bleyer Yaxın Şərq üzrə "Kvartet”in (Rusiya, BMT, Aİ, ABŞ) xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. 

"Qaqazinfo” İnterfax-a istinadən xəbər verir ki, Yerusəlimdəki mənbələrin məlumatına görə, Bleyer istefası ilə bağlı BMT-nin baş katibi Pan Qi Muna ərizə ilə müraciət edib. 

Bəzi mənbələr keçmiş baş nazirin bu qərarını onun səlahiyyətlərinin azaldılmasından keçirdiyi sarsıntı ilə əlaqələndirirlər. Bleyer bu vəzifəni 2007-ci ildən (8 il) icra edirdi. 

Qeyd edək ki, Britaniya mətbuatı məlum istefa ilə bağlı martdan başlayaraq xəbərlər verirdi. 

Arqument.Az