Toplum.Tv-yə də haker hücumu oldu

Toplum.Tv-yə də haker hücumu oldu

24-06-2020 23:34 / Bu xəbər 1806 dəfə oxundu

İyunun 24 də Toplum.Tv kiber hücuma məruz qalıb.

Saytda olan xəbərlər silinib, bəzilərinin isə başlıqları dəyişdirilərək arqo ifadəli xəbərlər yerləşdirilib.

Hazırda səhifənin bərpası üçün işlər gedir.

Bu gün səhər saatlarında Arqument.az saytının "Facobook" səhifəsində hücum olub, 12 min izləyici və mart ayına qədər bütün paylaşımlar silinib. 

İyunun 19-da isə Meydan.Tv-nin feysbuk səhifəsi haker hücumuna məruz qalıb. 2018-ci ilə qədər olan paylaşımlar silinib.