Tovuz istiqamətində 2 erməni polis yaralanıb

Tovuz istiqamətində 2 erməni polis yaralanıb

13-07-2020 11:35 / Bu xəbər 752 dəfə oxundu

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə yaralıların olduğunu açıqlayıb. 

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan iyulun 13-də feysbukda yazıb.

O bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşdə 2 erməni polis əməkdaşı yaralanıb.

İyulun 12-də isə Şuşan Stepanyan Ermənistan tərəfinin itki vermədiyini açıqlamışdı. 

Azərbaycan Müdafiə Nazirliyi isə Azərbaycan Ordusunun 4 hərbçisinin şəhid olduğunu açıqlayıb. 

Açıqlamada deyilir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar: "Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib