Tovuzda ermənilər 76 yaşlı mülki şəxsi öldürüb

Tovuzda ermənilər 76 yaşlı mülki şəxsi öldürüb

14-07-2020 13:16 / Bu xəbər 891 dəfə oxundu

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Bu barədə Musavat.com məlumat yayıb.

Məlumata görə, həlak olan şəxs Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

"Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Nəticədə mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəyib.

Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi şəkildə qınamalıdırlar", - məlumatda deyilir.