“Toy tələsi”nin qala-gecəsi keçirilib

“Toy tələsi”nin qala-gecəsi keçirilib

09-01-2023 23:48 / Bu xəbər 688 dəfə oxundu

Park Cinema Flame Towers-də "Toy tələsi” kinokomediyasının qala-gecəsi baş tutub.

Qala-gecədə filmin yaradıcı heyəti də iştirak edib. 

Layihənin rəhbəri və quruluşçu rejissoru Faiq Nağıyevin sözlərinə görə, "Toy tələsi”i real hadisələr əsasında ekranlaşdırılıb. 

Çəkilişlər 4 ay davam edib: "Əsas süjet xəttini filminə sponsor axtaran kinorejissorun 6 ay imkanlı iş adamının qəbuluna düşə bilməməsi, kino sahəsinə laqeyd münasibət təşkil edir. İnsanları düşündürən, ibrətamiz məqamların da yer aldığı filmdə saxta elçilik və toy səhnələri də var ki, bu da tamaşaçılarda xüsusi maraq doğuracaq”. 

Tədbirdə gənc müğənnilər Rəvan və vokalçı Orxan Cabbarov da çıxış edib.

Filmdə aktyorlar Rövşən Rəhmanoğlu, Namiq Əlioğlu, Vaqif Kərimov, Rəsmiyyə Nurməmmədova, Samirə Abbasova, Mehman İbadov və başqaları çəkilib. 

Ekran əsərinin ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanovadır. 

Filmin bəstəkarı Sevinc Tofiqqızı, aranjimanı Fərahim Sadıq, operatoru Savalan Həmidli, səs rejissoru Murad Kərimzadə, qrim ustası Səadət Cəlili, montajçısı Şamo Nağıyevdir.

"Toy tələsi” bədii filmini Park Cinema-nın bütün kinoteatrlarında 2 ay müddətində izləmək mümkündür.

Ülviyyə