Tramp Bayden qarşıdurması: Sanders Baydeni dəstəklədi

Tramp Bayden qarşıdurması: Sanders Baydeni dəstəklədi

14-04-2020 15:44 / Bu xəbər 563 dəfə oxundu

Berni Sanders ABŞ-da prezident seçkilərində Baydeni rəsmi olaraq dəstəkləyib. 

Seçki kampaniyasını tərk edən Vermont ştatının senatoru Berni Sanders keçmiş rəqibi Co Baydenin namizədliyini rəsmi olaraq dəstəkləyib. 

Bununla da keçmiş vitse-prezident Co Bayden bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın rəqibi olub.

Bu barədə Arqument.az CNN-ə istinadən xəbər verir.

"Mən bütün amerikalılardan, bütün demokratlardan, bütün bitərəf şəxslərdən, bir çox respublikaçıdan xahiş edirəm ki, Baydeni dəstəkləmək üçün bu kampaniyada birləşsinlər. Ölkənin müasir tarixindəki ən təhlükəli Prezidentə qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etməliyik”, - Sanders deyib.

O, prezident Trampı tənqid edərək koronavirusun təhlükələri ilə bağlı mütəxəssis xəbərdarlıqlarına məhəl qoymamaqda, ABŞ-da virusun yayılmasına səbəb olmaqda günahlandırıb.

Nizami