Tramp fövqəladə vəziyyət elan etdi

Tramp fövqəladə vəziyyət elan etdi

12-01-2021 13:07 / Bu xəbər 504 dəfə oxundu

ABŞ-da prezidenti səlahiyyətlərini icra edən Donald Tramp Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə görə, paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edib. 

Bu barədə yerli vaxtla yanvarın 11-də Ağ Evdən məlumat verilib. 

Co Baydenin andiçmə mərasimində təhlükəsizliyin təminatı ilə əlaqədar olaraq, Kolumbiya dairəsinə əlavə federal yardım göstəriləcək. 

Bununla yanaşı, Tramp Daxişi İşlər Nazirliyinə və Fövqəladə Hallar üzrə Federal Agentliyə "fəlakət" anında təcili yardımın göstərilməsindən ötrü bütün qüvvələri koordinasiya etmək üçün əlavə səlahiyyətlər verib. 

Bəyanatda bu addımların yerli əhalinin narahatlıqlarının aradan qaldırılmasına və Kolumbiya dairəsində fəlakət təhdidinin qarşısının alınmasına xidmət edəcəyi bildirilib. 

Vaşinqton şəhərinin meriyası öz növbəsində ölkənin digər bölgələrində yaşayan amerikalıları Co Baydenin andiçmə mərasimində iştirak etmək üçün paytaxta səfər etməməyi məsləhət görüb.///toplum.tv