Tramp: "Gələn həftə Venesuelada çox şey baş verəcək"

Tramp:

02-05-2019 14:38 / Bu xəbər 1070 dəfə oxundu

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Venesueladakı münaqişənin nizamlanması üzrə vəziyyətlə bağlı gələn həftə, bəlkə də daha tez "çox şey olacağ"ına dair vəd verib.

O bunu "Fox Business" telekanalının efirində Venesueladakı vəziyyəti şərh edərkən deyib.

"Bu, sadəcə dəhşətli vəziyyətdir. Biz bütün variantları nəzərdən keçiririk, insanlara kömək etmək istəyirik. Gələn həftə çox şey baş verəcək, bəlkə də daha tez", - deyə Prezident bildirib.
 
Report.az