Trampın siyasətə qayıdacağı anons edildi

Trampın siyasətə qayıdacağı anons edildi

16-02-2021 17:05 / Bu xəbər 1075 dəfə oxundu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp impiçment prosesindən sonra ölkənin siyasi həyatındakı iştirakını bərpa etmək niyyətindədir.

Bu barədə fevralın 15-də "Associated Press" agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, Tramp həyatının prezidentlikdən sonrakı növbəti mərhələsinə hazırlaşır və öz hakimiyyətini bərpa etmək üsullarını axtarır. 

Bildirilib ki, sabiq prezident ilk addım kimi ona yaxşı münasibət bəsləyən KİV-lərə müsahibə verəcək. "Düşünürəm ki, yaxın günlərdə onun barəsində daha çox eşidəcəksiniz”, - bu sözləri Trampın köməkçisi Ceyson Miller söyləyib.

Keçmiş Ağ Ev rəhbərinin siyasi müşavirlər keçirərək, 2022-ci il seçkilərində respublikaçıların Nümayəndələr palatasında və Senatda üstünlük qazanması yollarını müzakirə etdiyi, onun impiçmentini dəstəkləyən respublikaçılardan qisas almağa hazırlaşdığı qeyd olunub.///Meydan.Tv