Türkiyə Avropa Şurasını maliyyələşdirməsini dayandırıb

Türkiyə Avropa Şurasını maliyyələşdirməsini dayandırıb

09-11-2017 18:40 / Bu xəbər 1290 dəfə oxundu

Türkiyə Avropa Şurasının maliyyələşdirilməsini dayandırıb. 

Bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun AŞ baş katibi Turbuyern Yaqlanda rəsmi məktubunda deyilir.

İki beynəlxlaq hüquq müdafiə təşkilatı bu məlumatı Turan-a təsdiq edib.

Həmin mənbələrin məlumatına görə, Ankaranın bu qərarının səbəbi AŞPA-nın Vatslav Havel adına beynəlxalq hüquq müdafiə mükafatının Türkiyədə həbsdə olan hakim Murat Arslana təqdim etməsidir.

Türkiyənin AŞ büdcəsinə ödənişi 20 mln. dollar təşkil edir, bu da ümumi büdcənin 16%-ni təşkil edir.

Bir müddət əvvəl Rusiyanın da maliyyələşdirməni dayandırdığını nəzərə alsaq, AŞ ciddi çətinliklərlə üzləşəcək.

Böyük ehtimalla Moskva və Ankaranın addımlarının sinxronlaşdırıldığını demək olar.

Faktiki olaraq, söhbət Avropa demokratik dəyərlərini təşviq dən beynəlxalq təşkilat kimi Avropa Şurasının taleyindən gedir.

Aydındır ki, Qərb demokratiyaları AŞ-ı öz avtoritar ambisiyalarına tabe etmək istəyənlərin bu çağırış və şantajına adekvat cavab verməsə, təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşəcək.