Türkiyə Azərbaycan vətəndaşlarını Uhandan çıxarır

Türkiyə Azərbaycan vətəndaşlarını Uhandan çıxarır

30-01-2020 18:40 / Bu xəbər 1552 dəfə oxundu

Türkiyə hakimiyyəti öz ölkə vətəndaşlarının (34 nəfər), həmçinin Azərbaycan (7 nəfər), Gürcüstan (7 nəfər) və Albaniya (1 nəfər) vətəndaşlarının evakuasiya edilməsi üçün Çinin Uhan şəhərinə hərbi- nəqliyyat təyyarəsi göndərib. 

Anadolu agentliyinin məlumatına görə, Airbus A-400M təyyarəsində altı həkim də var.

Çindən gətirilən bütün vətəndaşlar təhlükəli virusun olub- olmadığını yoxlamaq üçün Türkiyə xəstəxanalarının xüsusi şöbələrində karantində saxlanılacaq. Karantin iki həftə davam edəcək.

Cümə axşamı ÇXR-də virusa yoluxanların sayı 7,7 min nəfəri keçib, ölənlərin sayı 170-ə çatıb. Yeni virus Çindən başqa daha 16 ölkədə aşkar edilib.