Türkiyə Hava Qrumunun rəhbəri həbs edildi - ŞOK
28-01-2014 13:20 / Bu xəbər 842 dəfə oxundu
Türkiyə Hava Qurumunun rəhbəri Osman Yıldırım Ankara polisi tərəfindən həbs olunub.
Arqument.az xəbər verir ki, Yıldırım polislər tərəfindən öz evindən saxlanılıb.
Yıldırımın tutulmasına səbəb isə Türk Hava Qurumu tərəfindən istehsal olunan “Türk quşu” təyyarəsinin planını sosial şəbəkələrə sızdırmasıdır.
Qurum rəhbərinin evində aparılan axtarış zamanı ona məxsus kompüter və hard disklər götürülüb. Bundan başqa, Türk Hava Qurumunun təyyarə fabrikində də axtarışlara başlanılıb.
Arqument.az












