Türkiyə ordusu dünyanın 10 ən güclü ordusu sırasında

Türkiyə ordusu dünyanın 10 ən güclü ordusu sırasında

01-10-2015 00:22 / Bu xəbər 1362 dəfə oxundu

İsveçrədəki "Credit Suisse” qrupu dünyanın 20 ən güclü ordularının reytinqini açıqlayıb. 

Musavat.com-un məlumatına görə, ilk yeri ABŞ ordusu tutub. 2-ci yerdə Rusiya, 3-cü yerdə isə Çindir.

Reytinq 6 göstəricinin cəmindən ibarət olan hərbi gücün indeksi əsasında tərtib edilib: ordunun say tərkibi (canlı qüvvə), tankların, hərbi-hava gəmilərinin, döyüş vertolyotlarının, təyyarədaşıyanların və sualtı qayıqların sayı. Bu zaman analitiklər orduların imkanlarını yalnız adi silah növləri ilə müharibə aparmasına nəzərən hesablayıblar.

ABŞ-ın hərbi arsenalında 13 900 təyyarə, 20 təyyarədaşıyan, 72 sualtı qayıq var ki, bu da yaxın rəqiblərdən xeyli dərəcədə üstün göstəricidir. Vaşinqtonun hərbi xərcləri 2014-cü ildə 610 milyard dollar təşkil edib ki, bu da siyahıda ondan sonra gələn 9 ölkənin hamısının hərbi xərclərindən çoxdur. Sayca ən böyük ordu isə Çinə məxsusdur.

Birinci onluqda həmçinin, Yaponiya, Hindistan, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyə yer alıb. Pakistan, Misir, Tayvan, Avstraliya, Tailand, Polşa, Almaniya, İndoneziya və Kanada isə ikinci onludadır.