Türkiyə yasda: 8 şəhid, 31 yaralı
25-03-2016 15:31 / Bu xəbər 1785 dəfə oxundu
Türkiyə dünəndən şəhid xəbərləri ilə sarsılır.
Qaynar.info yerli mediaya istinadən xəbər verir ki, ötən gündən qardaş ölkə 8 şəhid verib.
Terrorçuların Diyarbəkir- Bingöl yolundakı Mermer Jandarma İdarəsinə bomba yüklü maşınla etdiyi hücum nəticəsində 3 əsgər şəhid olub, 22-si yaralanıb.
Dünən Şırnakda PKK terrorçuları ilə polis arasında atışma baş verib. Nəticədə 2 polis şəhid olub.
Mardinin Nusaybin qəsəbəsində aparılan əməliyyatlar zamanı da Türkiyə Silahlı Qüvvələri şəhid verib. PKK-çılar əvvəlcədən quraşdırdıqları bombaları əsgərləri aparan maşının keçidi sırasında partladıb. Nəticədə 2 əsgər həlak olub, 5-i yaralanıb.
Bu gün səhər qəsəbədə daha bir əsgər şəhid olub, 4 hərbçi isə xəsarət alıb.
Arqument.Az












