Türkiyədə 26 polis həbs edildi - VİDEO

Türkiyədə 26 polis həbs edildi   - VİDEO

27-01-2015 11:36 / Bu xəbər 1259 dəfə oxundu

Türkiyənin İzmir şəhərinin 11 bölgəsində qeyri-qanuni dinləməyə görə polis əməkdaşlarına qarşı əməliyyat keçirilib. 

Bu haqda məlumatı Türkiyənin “haberler” saytı yayıb.

Əməliyyat nəticəsində 26 polis əməkdaşı saxlanılıb.

İzmirin Baş Prokurorluğu bəzi şəxslərin şikayəti əsasında istintaqa başladığını deyib.

Nəzarətə alınan şübhəlilər İzmir Polis İdarəsinə aparılıb. Məlum olub ki, onlar İzmir Polis İdarəsinin Kəşfiyyat şöbəsində fəaliyyət göstərdikləri dövrdə dövlət rəsmilərini, jurnalist və iş adamlarını dinləyiblər.(AZNEWS.AZ)

Arqument.az