Türkiyədə 90 min məhkumun sərbəst buraxılması gözlənilir

Türkiyədə 90 min məhkumun sərbəst buraxılması gözlənilir

14-04-2020 23:04 / Bu xəbər 1009 dəfə oxundu

Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən yeni qərarın qüvvəyə minməsindən sonra ölkədə təxminən 90 min məhkumun sərbəst buraxılması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkə qanunvericiliyində 11 fərqli qanunun 70 maddəsinə düzəlişlər olunub. Edilən dəyişikliklərə əsasən, məhkumların həbsxana müddəti yenidən müəyyənləşdirilib.

Türkiyənin Ədliyyə Nazirliyindən bununla bağlı verilən açıqlamada məhkumların sosial məsafə qaydaları çərçivəsində buraxılması planlaşdırılır.