Türkiyədə daha bir partiya rəhbəri tutuldu
04-11-2016 17:38 / Bu xəbər 1558 dəfə oxundu
Türkiyənin Demokratik Bölgələr Partiyasının həmsədri Səbahət Tuncel həbs edilib.
Axar.az xəbər verir ki, Tuncel Diyarbəkir Prokurorluğu önündə HDP deputatların həbs edilməsinə etiraz edərkən tutulub.
Onunla bərabər, DBP-nin 10 üzvü də saxlanılıb.
Qeyd edək ki, bu gün Türkiyənin Xalqların Demokratik Partiyasının rəhbər şəxsləri və 12 deputatı PKK ilə əlaqədə suçlanaraq həbs edilib.
Arqument.Az












