Türkiyədə dövlət binasına raket atdılar

Türkiyədə dövlət binasına raket atdılar

17-01-2015 14:30 / Bu xəbər 1267 dəfə oxundu

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda dövlət binasına raket atılıb. 

Musavat.com-un məlumatına görə, binada həm kaymakamlıq həm də polis idarəsi yerləşir. 

Raket 5 mərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. 

İlkin məlumata görə, ölən və yarananaların olmadığı bildirilir. 

Raket atəşindən sonra ətrafda silah səsləri eşidilib. Terrorçuların qaçdığı və əraziyə çox sayda polis maşınının gəldiyi bildirilir. 

Polislər terrorçuları tutmaq üçün genişhəcimli əməliyyat keçirir.

Arqument.Az