Türkiyədə prezident qvardiyası ləğv edildi

Türkiyədə prezident qvardiyası ləğv edildi

24-07-2016 10:01 / Bu xəbər 1611 dəfə oxundu

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib.
 
APA-nın xəbərinə görə, bunu "A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
 
"Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  
 
Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb. 

Arqument.Az