Türkiyənin baş naziri istefa verdi

Türkiyənin baş naziri istefa verdi

10-06-2015 02:40 / Bu xəbər 2405 dəfə oxundu

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib. 

Qaynar.info хəbər verir ki, baş nazir qaydalara əsasən seçkidən sonra özünün və Nazirlər Kabinetinin istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçısı istefanı qəbul edib. Bu barədə prezidentin mətbuat хidməti məlumat yayıb: "Prezident Ərdoğan baş nazir Əhməd Davudoğlu tərəfindən irəli sürülən Nazirlər Kabinetinin istefasını qəbul edib. Bu günə qədərki хidmətləri üçün təşəkkür edən prezident Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər işini davam etdirməsini istəyib".

Qeyd edək ki, Əhməd Davudoğlu istefa versə də, Rəcəb Tayyib Ərdoğanın yeni hökuməti qurmaq tapşırığını da ona verəcəyi gözlənilir.

Onu da qeyd edək ki, iyunun 7-də Türkiyədə baş tutan parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40.9 (258 millət vəkili), Cumhuriyyət Xalq Partiyası (CHP) 24.96 (132), Milliyyətçi Hərəkat Partiyası (MHP) 16.3 (80), Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 (80) faiz səs toplayıb. Heç bir partiya 276 deputat mandatı qazanmadığından təkbaşına hakimiyyət qura bilməyəcək və koalisiya hökuməti yaratmağa çalışacaqlar. 

Arqument.Az