Türkiyənin daxili işlər naziri ölkədə tətbiq edilən qadağaya görə istefa verdi

Türkiyənin daxili işlər naziri ölkədə tətbiq edilən qadağaya görə istefa verdi

12-04-2020 23:38 / Bu xəbər 653 dəfə oxundu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib.

Bu haqda Türkiyə mətbuatı xəbər verir.

Türkiyəli nazir istefasından öncə məlumat yayıb. 

O, müraciətində bildirib ki, istefası koronovirusla bağlı ölkədə tətbiq edilən "evdə qal" qadağası zamanı yaşanan problemlərlə bağlıdır.

Soylunun sözlərinə görə, Türkiyədə tətbiq edilən qadağanın bütün məsuliyyəti onun üzərinə düşür.

O vurğulayb ki, məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər mükəmməl idarə olunan prosesə uyğun gəlmədiyindən belə bir qərar vermək məcburiyyətində qalıb.

Nazir bu vəzifədən öz istəyi ilə istefa verdiyini deyib: "Bu, vicdanla, epidemiya və yoluxmanın dayandırılması üçün həftə sonu atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım dövlət başçımız məni bağışlasın. Şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən ayrılıram”.
 
Aprelin 10-da Türkiyədə komendant saatının elan olunmasından bir neçə saat öncə 31 şəhərdə əhali arasında təşviş yaranıb. Belə ki, insanlar kütləvi marketlərə axışıb. Bu görüntülər isə sosial şəbəkə və mediada rezonans doğurub.