Tural Abbaslının qardaşı Füzuli döyüşlərində həlak olub

Tural Abbaslının qardaşı Füzuli döyüşlərində həlak olub

13-10-2020 17:21 / Bu xəbər 1554 dəfə oxundu

Ehtiyatda olan leytenantın könüllü çağırışa getdiyi bildirilir

Ağ Partiyasının sədri Tural Abbaslının qardaşı, ehtiyatda olan leytenant Teymur Abbaslı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub.

Bu barədə Ağ Partiyasının mətbuat katibi Cavanşir Abbaslı Meydan TV-yə açıqlama verib.

Teymur Abbaslı Müsavat Partiyasının üzvü Başxanım Abbaslının oğludur.

1978-ci ildə Bakı şəhərində doğulan Teymur Abbaslı sentyabrın 29-da könüllü zabit kimi çağırışa getmişdi.